Xəbər verdiyimiz kimi, bu il sentyabrın 9-da Şuşa şəhərində Azərbaycan Mədəniyyət Nazirliyi və Şuşa şəhəri Dövlət Qoruğu İdarəsinin birgə təşkilatçılığı ilə görkəmli Azərbaycan şair Xurşidbanu Natəvanın 190 illiyi münasibətilə tədbirlər keçirilib.
Xatırladaq ki, tədbir çərçivəsində keçitilən ilk toplantı 19-cu əsr Azərbaycan söz-sənət irsində məxsusi yeri olmuş “Məclisi-üns” əsəbi məclisinin bərpa edildiyini əks etdirən tədbir oldu. Tədbirdə tanınmış gənc şair Aysel Kərim “Qanadsız mələk” adlı şeiri ilə çıxış edib. Uğurlu çıxışı münasibətilə Mədəniyyət naziri nazir Anar Kərimov və digər ictimai xadimlər onu təbrik edib.
Gənc şair yaradıcılığına olan xoş münasibətə görə sosial şəbəkədə bu sözləri paylaşıb:
“Şuşa ili” çərçivəsində və görkəmli şair Xurşidbanu Natəvanın 190 illiyi münasibətilə kiçicik qatqımdan dolayı çox şadam. O gün bir tarix idi. Fikrim dalğın, duyğularım qarışıq, gözlərimi isə şairin uçqun evindən ayıra bilmirdim ki, bilmirdim. Amma əmin idim ki, onun ruhu şad idi. Könül istər ki, duyğuları sözə çevirib dəqiqələrlə yazdıqca yazasan. Bu isə anlıq deyil, bir ömür silinməyən duyğulardır. Odur ki, qoy öz ruh aləmimdə gizlincə qalsın.”
Qeyd edək ki, Aysel Kərim Azərbaycan Mədəniyyət Nazirliyi yanında İctimai Şuranın mətbuat və ictimaiyyətlə əlaqələr üzrə katibi, İki dəfə prezident təqaüdçüsü, Gənclər mükafatçısı, Azərbaycan Yazıçılar Birliyinin, Azərbaycan Bəstəkarlar İttifaqının, Azərbaycan Jurnalistlər Birliyinin, MQF-nin, YAP-ın üzvüdür. Müdafiə Nazirliyi ilə birgə keçirdiyi “Tarixi yaşadanlar” adlı layihənin rəhbəridir.
O, həm də geniş oxucu kütləsinə təqdim edilən “Kəpənəyin göz yaşı” və “Bir ovuc yağış” adlı şeirlər kitabının müəllifidir.
Tural Balabəyli