Xüsusi təyinatlı təhsil müəssisələrində Çanaqqala zəfərinin 109-cu ildönümü qeyd edilib

Xüsusi təyinatlı təhsil müəssisələrində Çanaqqala zəfərinin 109-cu ildönümü qeyd edilib

Xüsusi təyinatlı təhsil müəssisələrində Çanaqqala zəfərinin 109-cu ildönümü qeyd edilib

Milli Müdafiə Universitetinin nəzdində fəaliyyət göstərən xüsusi təyinatlı təhsil müəssisələrində Çanaqqala zəfərinin 109-cu ildönümünə həsr olunan tədbirlər keçirilib.

Müdafiə Nazirliyindən -ya verilən məlumata görə, tədbirlərdə Müdafiə Nazirliyi və Milli Müdafiə Universitetinin nümayəndələri, hərbi qulluqçular, kursantlar, xüsusi təyinatlı təhsil müəssisələrinin professor-müəllim heyəti, eləcə də digər qonaqlar iştirak ediblər.
Əvvəlcə Ulu Öndərlər Heydər Əliyev və Mustafa Kamal Atatürkün, Çanaqqala savaşında, eləcə də hər iki ölkənin ərazi bütövlüyü və müstəqilliyi uğrunda həlak olmuş şəhidlərin əziz xatirələri bir dəqiqəlik sükutla yad edilib. Hərbi orkestrin müşayiəti ilə Azərbaycan və Türkiyə respublikalarının Dövlət Himnləri səsləndirilib.
Tədbirlərdə 109 il əvvəl Çanaqqalada qəhrəman millətimizin böyük bir tarix yazmasından, bu savaşın hərb tarixinin şərəfli səhifələrindən birinə çevrilməsindən, Azərbaycan igid və mərd oğullarının Anadoluda, Çanaqqalada türk qardaşları ilə birlikdə şücaət nümunələri göstərməsindən danışılıb, bu haqq savaşında şəhid olan qəhrəmanlarımızın xatirələrinin daim qəlblərdə yaşayacağı xüsusi vurğulanıb.
Qeyd olunub ki, iki qardaş ölkənin birlik və bərabərliyinin bariz nümunələrindən biri də Vətən müharibəsində Azərbaycanın haqlı mövqeyinə Türkiyənin bütün imkanları ilə öz mənəvi dəstəyini göstərməsidir.
Bildirilib ki, Azərbaycan və Türkiyə qardaşlığı Ulu Öndərlər Heydər Əliyevin “Bir millət iki dövlət” və Mustafa Kamal Atatürkün “Azərbaycanın sevinci bizim sevincimiz, kədəri bizim kədərimizdir” ideyasına sadiq olaraq sarsılmaz və əbədi təməllər üzərində qurulub.
Sonra Çanaqqala zəfərinin 109-cu ildönümü həsr olunan videoçarx nümayiş etdirilib.
Sonda şeirlər səsləndirilib, hərbi orkestrlərin müşayiəti ilə Həzi Aslanov adına Ordu İdeoloji və Mədəniyyət Mərkəzinin solistləri tərəfindən vətənpərvərliyi və qəhrəmanlığı tərənnüm edən musiqilər ifa olunub.

Share: