Yəməndə hərbi müdaxilənin başlandığı 2015-ci ilin 26 martından 5 sentyabr 2019-cu il tarixinə qədər 7 min 508 dinc sakin həlak olub.
Müstəqil.Az xəbər verir ki, bu sözləri BMT-nin İnsan Haqları üzrə ali komissarı Mişel Baçelet deyib.
O bildirib ki, ölənlərdən 997-si azyaşlıdır.
Baçelet ölənlərin sayının hər gün artdığını, hücumların bir qisminin ərəb koalisiyası tərəfindən həyata keçirildiyini əlavə edib.
O, eyni zamanda humanitar yardımların məhdudlaşdırıldığını, jurnalistlərə və təhlükəsizlik xidmətinin əməkdaşlarına hücum edildiyini, qeyri-qanuni həbslərin həyata keçirildiyini açıqlayıb.
Kamran Ə