Yəmənin Ədən şəhərində İŞİD silahlılarının Cinayət Axtarış İdarəsinə hücumu nəticəsində 46 nəfər ölüb, 47-si yaralanıb.
APA-nın xəbərinə görə, bu barədə Yəmən Daxili işlər nazirliyinin yaydığı açıqlamada bildirilir.
Məlumata əsasən, ölənlər arasında hüquq-mühafizə orqanlarının əməkdaşları ilə yanaşı dinc sakinlər də var.
Qeyd edək ki, noyabrın 5-də İŞİD silahlıları Yəmənin müvəqqəti paytaxtı Ədən şəhərində Cinayət Axtarış İdarəsinin binasına hücum edib. Əvvəl terrorçu-kamikadze özünü İdarənin girişində partladıb, sonra isə 30-a yaxın silahlı binaya daxil ola bilib.