Yəməndə naməlum silahlılar “Sərhədsiz həkimlər” beynəlxalq humanitar təşkilatının iki əməkdaşını qaçırıblar.
Bu barədə “Al Arabiya” telekanalı məlumat yayıb.
Məlumata əsasən, təşkilatın əməkdaşları Marib vilayətinin şərqindəki Əl-İrkeyn bölgəsində qaçırılıb.
Onlara bu bölgəni Şəbva əyaləti ilə birləşdirən avtomobil yolunda hücum olunub.
Hadisə ilə bağlı başqa təfərrüatlar açıqlanmır.