“Yadplanetli” ən yaxşı ailə filmi seçildi

“Yadplanetli” ən yaxşı ailə filmi seçildi

Stiven Spilberqin rejissorluğu ilə çəkilmiş “Yadplanetli” elmi-fantastik filmi ailəvi izləmə üçün ən yaxşı ekran əsəri seçilib.

Kulis.az TASS-a istinadən xəbər verir ki, “Yadplanetli” ekran əsərində əsas rolları Henri Tomas, Di Uolles və Dryu Berrimor canlandırıblar. Süjetə görə, yadplanetlilərin tədqiqat qrupunun üzvlərindən biri təsadüfən Yerdə qalır. Əsas personaj Elliot qardaş və bacısı ilə birlikdə onun evə qayıtmasına kömək etməyə çalışırlar.

1982-ci ildə təqdim olunan “Yadplanetli” filmi Corc Lukasın “Ulduz döyüşləri” filminin rekordunu üstələyərək gəlir baxımından ön pillədə qərarlaşa bilib. Film “Ən yaxşı orijinal musiqi” və “Ən yaxşı vizual effektlər” nominasiyası daxil olmaqla dörd “Oskar”, iki “Qızıl qlobus” və beş “Saturn” mükafatına layiq görülüb.

Bu siyahı üzrə ilk üçlükdə olan növbəti iki film isə Kris Kolambusun “Harri Potter” ekran əsərinin birinci hissəsi və Riçard Donnerin “Avam” komediyasıdır.

Share: