Tayvanlı ufoloq Skott Uorinq planetimizin hər yerində Uçan Naməlum Obyektlərin (UNO) izini axtarmağa davam edir.
Müstəqil.Az xəbər verir ki, bir müddət əvvəl onun diqqətini Kuzbasın Belovsk rayonundakı şaxtada tapılan qəribə obyekt cəlb edib.
Obyektin ölçüləri böyük deyil, lakin onun çəkisi çox ağırdır. Tapılan diskin diametri 1 metrdən bir qədər artıqdır, çəkisi isə 200 kiloqramdır.
Uorinqin fikrincə, illər əvvəl yadplanetlilərin gəmisi Kemerova vilayətinə enib. Ufoloq bildirib ki, oxşar qeyri-adi obyektlər əvvələr də müxtəlif ölkələrdəki şaxtalarda tapılıb. Onlar sanki daşdan düzəldilmiş kimi görünürlər, lakin bu, belə deyil: “Əgər bu tapıntıya mikroskop altında baxsaq, yadplanetlilərin texnologiyası barədə nələrsə öyrənmək olar”.
Ekspertin fikrincə, belə balaca dronlar uçan boşqabları müşayiət edir, kəşfiyyat və mühafizəni təmin edirlər.