Əli HACInın yeni şeirləri
Sabir Rüstəmxanlıya
Heç oxşaya bilmədim
Solmuşdu sabah-sabah.
Göz yaşımı şeh bilən
Gülümə bax, ay Allah!
Görən bilir bəxtəvər
ər içində özgə ər.
İçim məni yandırır
çölümə bax, ay Allah!
Kimdi mənə daş atan
“daş atıb başın tutan”
“Can” deyib halın tutan
dilimə bax, ay Allah!
Bu sevgidi, ya da dərd
iki vurdun elər dörd.
Azında dərd, çoxunda
zülümə bax, ay Allah!
Əynini göydə bulud
ağ, qara geydi bulud.
Yağdısa öldü bulud
Ölümə bax, ay Allah!
Ölümə bax, ay Allah!
Bu ömürdə yarı çıxdı
Minmişəm özgə atına,
gözümə alıb ölümü !
Tərgində getdiyim dünya,
təpikləyir ürəyimi !
*
Yolun düşsə bu tərəfə,
öz əlindən tut bu dəfə !
Yetəmmədim yol-hədəfə,
gün yandırdı diləyimi !
*
Bu ömürdə yarı çıxdı,
göy kişnəyib yerə yıxdı !
Söz ağzımdan quru çıxdı,
təndir yedi çörəyimi !
*
*
Boğazımda vaxt tikəsi,
vaxt qalmadı taxt tikəsi !
Yaxasın uzaq çəkəsi,
uzaq bildim Fələyimi !
*
*
Ömrü sözlə darayıram,
sözü odla arayıram !
Ağdan qara ayırıram
oğlum,gətir ələyimi !
İlahi işığın zülmətdən gəlir
İlahi ! işığın zülmətdən gəlir,
sözün qaranlığı soyur içimi !
Kədər öz yerinə təzə don biçir ,
sevinc qəm suyunda yuyur köçünü !
*
Torpaq öz barını üzdə saxlamır,
göylərin buludu yerdə-yağışdı !
Küləklər yenə də yolsuzliğunda,
yollar düzənlikdə qırış-qırışdı…!
*
Yamağdı yamaclar dağ sinəsində,
güneylə quzeyin barışı yoxdu !
Dünyanın südünə suyun qatanın
haqqın qarşısında duruşu yoxdu !
*
Mən çöldən gəlirəm,çöldən İlahi !
ayağım yalındı,ürəyim dolu.
Yaxamı açmışam qaranlıqlara,
zülmətdən doğulur Azadlıq yolu…!
Çəkmisən
Bax,nə gözəl rəssamsan,
sinəmə dağ çəkmisən !
Üzünün qarasıyla
gözümə ağ çəkmisən !
*
Rəngləri gün oxşarı,
bata-batda çəkmisən !
Yerin üstünə baxıb,
yerin altda çəkmisən !
*
Ağzımda söz donubdu,
dil yatanda çəkmisən !
Ömrü sarı boyada,
gün batanda çəkmisən !
*
Alışır rəsimlərim,
üstündə ah çəkmisən !
Bükmüsən öz dərdinə
Şah oğlun,Şah çəkmisən !