Feysbuk və Tvitter dövlət tərəfindən maliyyələşdirilən və yalnış məlumatlar yayan 3500-dən çox hesaba girişi qadağan edib.
Müstəqil.Az Teleqraf.com-a istinadla xəbər verir ki, hər iki sosial media şirkəti dövlət tərəfindən dəstəklənən qrupların istifadə etdikləri ümumilikdə 12-dən çox dezinformasiya şəbəkəsini bağlayıb.
Şəbəkələrin saxta vəsiqələrlə açıldığı deyilib. Feysbuk dezinformasiyasının bəzi siyasi qruplarla əlaqəli olduğunu vurğulayıb.
Başda İran və Rusiyaya bağlı olduğu deyilən bu sosial media şəbəkələrinin, ABŞ-da noyabr ayında keçiriləcək prezident seçkiləri üçün istifadəçiləri yalan məlumatlarla manipulyasiya etdiyi irəli sürülüb.
Moskva və Tehran əvvəllər dəfələrlə gündəmə gətirilən bu iddiaları rədd edib.
Sosial media şirkətlərinin açıqlamasında, sözügedən şəbəkələrin Azərbaycandan Nigeriya və Yaponiyaya qədər ən azı 16 ölkədə internet istifadəçilərini hədəf aldığını söyləyib.