Rusiya Prezidenti Vladimir Putin türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanla telefon danışığında bildirib ki, Ukraynadakı hərbi əməliyyatın dayandırılması yalnız Moskvanın tələblərinin yerinə yetirməsi şərti ilə mümkündür.
Müstəqil.Az xəbər verir ki, bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.
“Rusiya silahlı qüvvələri mülki əhalinin təhlükəsizliyini təmin etmək üçün mümkün olan hər şeyi həyata keçirir, zərbələr yalnız hərbi infrastruktur obyektlərinə endirilir”, – məlumatda deyilir.
Söhbət zamanı Putin Rusiya tərəfinin münaqişənin həlli üçün Ukrayna hakimiyyəti və xarici tərəfdaşlarla dialoqa hazır olduğunu təsdiqləyib.
“Ümid edilib ki, danışıqların planlaşdırılan növbəti raundu zamanı Ukrayna nümayəndələri yaranan reallıqları tam nəzərə alan daha konstruktiv yanaşma nümayiş etdirəcəklər”, – mətbuat xidməti əlavə edib.
Müstəqil.Az