ABŞ-ın Miçiqan ştatının sakini yanacaqdoldurma məntəqəsindən aldığı lotereya biletinin sayəsində cekpot qazanıb.
53 yaşlı amerikalı bildirib ki, qazandığı 1 milyon dolların sevincini ilk olaraq həyat yoldaşı ilə bölüşüb.
“Əvvəl inanmadım! Dərhal evə getdim, həyat yoldaşıma şad xəbəri dedim və ondan biletəi bir də yoxlamasını istədi. İkimiz də çox həyəcanlandıq”, – deyə cekpot qazanan şəxs söyləyib.
Cekpotun qalibi bildirib ki, uduşun bir hissəsini nəvələrinə ayıracaq, məbləğin qalanını isə qocalığında xərcləməyi planlaşdırır.
Mənbə: Michigan Live