Yanqtze çayı üzərindən inşa edilən asma körpü istismara verilib

Yanqtze çayı üzərindən inşa edilən asma körpü istismara verilib

“Report” xarici KİV-ə istinadən xəbər verir ki, həmin qurğu dünyanın sürət qatarlarının hərəkəti üçün əlverişli olan ilk asma körpüsü, Çinin isə həm dəmir yolu, həm də avtomobil yolunun keçdiyi ilk asma körpüsüdür.

Ümumi uzunluğu 6,4 km olan körpünün baş aşırımı 1 092 m uzunluğundadır. Körpünün üst mərtəbəsindən 100 km/saatadək sürət həddi tətbiq edilən 8 zolaqlı avtomobil yolu, aşağı mərtəbəsindən isə 250 km/saatadək hərəkət sürəti tətbiq edilən Lianjen sürət dəmir yolu xətti keçir.

Layihəsi Çin Dəmir Yolları Körpü Mühəndisliyi İnstitutunda hazırlanmış yeni körpü Çin Dəmir Yolu Körpüləri Bürosu tərəfindən 5 ilə inşa edilib.

Müstəqil.Az

Share: