Yanvar ayında dəm qazından zəhərlənənlərin sayı açıqlanıb.
Bu barədə -nın sorğusuna cavab olaraq Kliniki Tibbi Mərkəzin mətbuat xidmətinin rəhbəri Ruzbeh Məmməd məlumat verib.
O bildirib ki, yanvar ayı ərzində Kliniki Tibbi Mərkəzin Təcili və Təxirəsalınmaz Tibbi Yardım şöbəsinə dəm qazı zəhərlənməsi səbəbilə 199 nəfər müraciət edib:
“Onlardan 183 nəfərə tibbi yardım göstərildikdən sonra ambulator müalicə üçün evə buraxılıb, 16 nəfər Toksikologiya şöbəsinə qəbul olunub”.