YAP Kəlbəcər rayon təşkilatı Yeni Azərbaycan Partiyasının 30 illiyinə həsr edilmiş “Zəfər Partiyası” adlı  tədbir keçirib

YAP Kəlbəcər rayon təşkilatı Yeni Azərbaycan Partiyasının 30 illiyinə həsr edilmiş “Zəfər Partiyası” adlı  tədbir keçirib

Yeni Azərbaycan Partiyasının Kəlbəcər rayon təşkilatı  YAP-ın təsis edilməsinin 30 illiyi münasibətilə Abşeron rayon Heydər Əliyev Mərkəzində “Zəfər Partiyası” adlı tədbir keçirmişdir.

Tədbirdə Rəqəmsəl İnkişaf və Nəqliyyat nazirinin müavini Cavid Qurbanov, Kəlbəcər rayon İcra Hakimiyyətinin başçısı Azər Qocayev, YAP Kəlbəcər rayon təşkilatının sədri Həbib Misirov, Azərbaycan Respublikası Nazirlər Kabineti Aparatının  məsul əməkdaşı Qurban Sadıqov,YAP Veteranlar Şurasının üzvü Şahlar Əsgərov, Millət vəkili Aqil Məmmədov,İqtisadi İslahatların Təhlili və Kommunikasiya Planlaşdırma və inkişaf departamentinin rəhbəri, iqtisad elmləri doktoru Aqil Əsədov və rayon ictimaiyyətinin nümayəndələri iştirak etmişdir.

İlk öncə tədbir iştirakçıları rayon mərkəzində Ulu Öndər Heydər Əliyevin abidəsini ziyarət edib, abidənin önünə gül dəstələri qoyub.
Tədbir Ulu Öndər Heydər Əliyevin və Vətənimizin bütövlüyü uğrunda canından keçmiş şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.

Yeni Azərbaycan Partiyasının keçdiyi çətin və şərəfli yoldan bəhs edən video-çarx tədbir iştirakçılarına təqdim olunub.

Açılış nitqi ilə çıxış edən YAP Kəlbəcər rayon təşkilatının sədri Həbib Misirov qeyd etmişdir ki, Azərbaycan dövləti və xalqımız əlamətdar bir hadisə ərəfəsindədir. Noyabrın 21-də Ümummilli liderimiz Heydər Əliyevin qurucusu olduğu Yeni Azərbaycan Partiyasının yaranmasının 30 ili tamam olur. Yeni Azərbaycan Partiyası ötən əsrin 90-cı illərinin əvvəllərində zamanın tələbindən irəli gələrək Azərbaycan xalqının arzu və istəklərinin ifadəçisi kimi yaranmışdır. Həbib Misirov bildirib ki, Yeni Azərbaycan Partiyası yarandığı gündən siyasi səhnədə dövlətçilik mövqeyindən çıxış edərək xalqın mənafeyini hər şeydən üstün tutduğunu bəyan edib və qısa zaman kəsiyində ümumxalq rəğbətini qazanıb. Ümummilli lider Heydər Əliyevin qurucusu olduğu Yeni Azərbaycan Partiyası şərəfli inkişaf yolu keçərək bu gün Müzəffər Ali Baş Komandan Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə qələbələr, zəfərlər partiyasına çevrilmişdir.

Təşkilat sədri vurğulamışdır ki, bu günlərdə biz həm də Böyük Zəfər nəticəsində öz doğma Kəlbəcərimizə qovuşmuşuq. Prezident cənab İlham Əliyevin qətiyyəti, hərbi qələbəni həm də siyasi qələbəyə çevirən diplomatik məharəti nəticəsində Azərbaycan Ordusu olduqca çətin relyefə, sərt iqlimə malik olan Kəlbəcəri şəhid vermədən, bir güllə atmadan işğaldan azad etmişdir.

Tədbirdə çıxış edən Rəqəmsəl İnkişaf və Nəqliyyat nazirinin müavini Cavid Qurbanov bildirib ki, “Yeni Azərbaycan Partiyası Ulu Öndərin də dediyi kimi, bu günün, sabahın və gələcəyin partiyasıdır. Ümumxalq partiyası kimi tanınan Yeni Azərbaycan Partiyası artıq 30 ildir ki, respublikamızın ictimai-siyasi həyatında fəal iştirak edir, xalqın sevgisini və dəstəyini qazanır, ölkədə sabitliyin təminatında avanqard rolunu davam etdirir. Bu gün ölkəmizin aparıcı siyasi qüvvəsi olan Yeni Azərbaycan Partiyası nəinki regionda, eləcə də, beynəlxalq arenada özünün böyük nüfuzu ilə tanınan bir siyasi təşkilatdır. Ümummilli Lider Heydər Əliyevin müəllifi olduğu Yeni Azərbaycan Partiyası hər zaman, qeyd-şərtsiz, qarşısına qoyulan vəzifələri yerinə yetirir”.

YAP Veteranlar Şurasının üzvü Şahlar Əsgərov çıxış edərək Yeni Azərbaycan Partiyasının yaranma tarixindən, keçdiyi mürəkkəb və şərəfli yoldan söhbət açıb. Əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş Yeni Azərbaycan Partiyasının bu gün Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə yeni-yeni nailiyyətlərə imza atdığını qeyd edən Ş.Əsgərov bu uğurların zirvəsində tarixi Qarabağ zəfərinin dayandığını vurğulayıb.

Azərbaycan Respublikası Nazirlər Kabineti Aparatının məsul əməkdaşı Qurban Sadıqov bildirib ki, Ulu öndər Heydər Əliyev dühasının Yeni Azərbaycan Partiyasının proqramında ifadəsini tapmış dövlətçilik strategiyası son 30 ildə bütün istiqamətlərdə Azərbaycanın dövlət müstəqilliyinin qorunub saxlanması, möhkəmləndirilməsi və inkişaf etdirilməsi prinsiplərinə söykənib.

Millət vəkili Aqil Məmmədov bildirdi ki, Partiyanın yarandığı ilk gündən hər zaman əsas məqsədi dövlətin suverenliyinin təmin olunması, xalqın rifahının yüksəldilməsi və torpaq bütövlüyümüzün təmin edilməsi olub. Hazırda da partiyanın məhz ən böyük uğuru bizim zəfərimiz, 44 günlük müharibədə düşmənə qalib gələrək torpaqlarımızın işğaldan azad olunmasıdır”.

qtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi, Strateji Planlaşdırma və inkişaf departamentinin rəhbəri, iqtisad elmləri doktoru Aqil Əsədov  bildirdi ki,  Yeni Azərbaycan Partiyası 30 il şərəfli yol keçərək monolitliyini qorudu, gücləndi, öz üstünlüyü, parlaq qələbələri ilə heç bir seçkidə rəqib tanımadı. Bu ölkə vətəndaşlarının Azərbaycan reallığına verdiyi qiymət və Prezident İlham Əliyevin həyata keçirdiyi uğurlu daxili və xarici siyasətə inamın ifadəsidir. Bu, həm də hər bir vətəndaşın Prezidenti olduğunun göstəricisi, Azərbaycanın hərtərəfli inkişafı, verilən hər bir vədin konkret əməli işdə öz təsdiqini tapması ildən-ilə xalq-iqtidar birliyini göstəricisidir.

Əməkdar jurnalist Adil Cəmil çıxışında öz gücünü xalqın dəstəyindən alan Yeni Azərbaycan Partiyasının ölkəmizdə davamlı islahatların həyata keçirilməsinə, ictimai-siyasi sabitliyin qorunmasına, Azərbaycanın inkişafına, dövlət müstəqilliyimizin güclənməsinə, ölkəmizin beynəlxalq nüfuzunun artmasına milsilsiz töhfələr verdiyini vurğulamışdır.

Kəlbəcər rayon ictimaiyyəti adından Azərbaycan Respublikasının Prezidentinə müraciət qəbul olunmuşdur. Sonda rayonun ictimai-siyasi həyatında fərqlənən bir qrup  partiya fəallarına fəxri fərmanlar verilmişdir.

 

Share: