Yaponiyada bir adanı pişik cənnəti adlandırırlar.
“Seanews.az” xəbər verir ki, burada yaşayan pişiklərin sayı insanlardan 6 dəfə çoxdur.
Pişiklər adaya balıqçı gəmilərindəki siçanlarla mübarizə aparmaq üçün gətirilmişdi. Bundan sonra isə heyvanların sayı artıb və hazırda bu, Aoşimaya turistləri cəlb edən əsas səbəbdir.
Aoşima adasının uzunluğu cəmi bir kilometr yarımdır. Adanı adi turistlər üçün cazibədar adlandırmaq çətindir. Burada restoran, otel və mağazalar yoxdur. Ancaq bu, pişik sevənlər üçün maneə deyil.
Adadakı Ehime adlı kənddə balıqçılıqla məşğul olan kəndlilər pişikləri bəsləmək üçün əllərindən gələni edirlər. Pişiklər əsasən tərk edilmiş binalarda yaşayırlar. Çox olmalarına baxmayaraq, yerli əhali onların varlığından narahat olmur.