Yaponiya Azərbaycan vətəndaşları üçün viza rejimini sadələşdirmək qərarına gəlib.
Oxu.Az-ın məlumatına əsasən, bunu Azərbaycanda rəsmi səfərdə olan Yaponiyanın xarici işlər naziri Taro Kono deyib.
Onun sözlərinə görə, Yaponiya Azərbaycanla çoxşaxəli münasibətləri gücləndirmək istəyir.
Nazir bu səfər nəticəsində iki ölkə arasında dostluq əlaqələrinin inkişaf edəcəyinə ümid etdiyini söyləyib.
T.Kono bildirib ki, “Azəri-Çıraq-Günəşli” sazişinin yenilənməsi məmnunluq yaradır. Bu yenilənmə əməkdaşlığın güclənməsinə daha da təkan verəcək.