Yaponiya hökuməti Rusiyanın Sapporodakı (Hokkaydo prefekturası) Baş Konsulluğunun əməkdaşını ölkədən çıxarmaq qərarına gəlib.
Bu addım Yaponiya konsulunun Vladivostokdakı Baş Konsulluğunda saxlanılması və sonradan “persona non-qrata” elan edilməsinə cavab olaraq atılıb.
Bu barədə Yaponiya xarici işlər naziri Yosimasu Hayaşi məlumat verib.
Rusiyalı diplomat oktyabrın 10-dək ölkəni tərk etməlidir.
Daha əvvəl Rusiya Federasiyası Federal Təhlükəsizlik Xidmətindən bildirilmişdi ki, Yaponiyanın Vladivostokdakı konsulu Motoki Tasunori yayılmasına məhdudiyyət qoyulmuş məlumatlar üçün pul mükafatı alarkən saxlanılıb. Rusiya Xarici İşlər Nazirliyi Tokioya etiraz etmiş və onu “persona non-qrata” elan edərək 48 saat ərzində ölkəni tərk etməsini tələb etmişdi.
Mənbə: TASS