Yapon kosmik aparatı “Hakuto-R” bazar günü “Falcon 9” raketindən istifadə edərək Yerin təbii peykinə buraxılıb.
Buraxılış ABŞ Kosmik Qüvvələrinin Floridadakı Kanaveral bazasındakı 40-cı buraxılış kompleksindən həyata keçirilib.
Orbitə buraxıldıqdan 47 dəqiqə sonra qurğu “Falcon 9” raketinin ikinci pilləsindən ayrılaraq Aya tərəf yollanıb.
Missiya tamamilə özəldir. “Hakuto-R” Aya uğurla enən ilk şəxsi kosmik aparat ola bilər.
Mənbə: TASS