Yaponiyada üç yaşlı qız avtobusda vəfat edib.
İlkin məlumata görə, nəqliyyat vasitəsində unudulan körpə orada altı saat qalıb.
Belə ki, Tina Kavamoto digər uşaqlarla birgə bağçaya gedən avtobusa minib. Bağçaya çatanda o, nəqliyyat vasitəsindən çıxmayıb və tərbiyəçilərdən heç biri bunun fərqinə varmayıb.
Uşaqlar evə qayıtmaq üçün avtobusa minəndə Tinanı orada huşsuz halda görüblər. Hadisə yerinə gələn tibb işçiləri onun öldüyünü müəyyən ediblər.
İlkin səbəb kimi günvurma göstərilib.
Mənbə: Kyodo News