Yaponiyada zəlzələ olub.
“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, təbiət hadisəsi ölkənin şimalında qeydə alınıb.
Bildirilib ki, 5,7 bal gücündə baş verən yeraltı təkanların episentri Hokkaydo adası olub.
Zəlzələ ocağı yerin 20 km dərinliyində yerləşib.