Müstəqil.Az “Seanews.az” -a istinad edərək xəbər verir ki, hadisə Naxa şəhərindən təxminən 870 kilometr cənubda Filippin dənizində baş verib. Gəmidə 22 nəfər heyət üzvünün olduğu bildirilir. Onlardan 14-ü Çin, 8-i Banqladeş vətəndaşıdır.
Qəzanın baş verdiyi yerə Yaponiyanın xilasetmə qüvvələri göndərilib.
Hələlik gəminin batmasının səbəbi barədə məlumat verilmir.
Müstəqil.Az