Yaqub Məmmədov İran ətrafında yaranan durumu şərh edir

İran ətrafında və dünyada gedən prosesləri diqqətlə izləyirəmHazırda dünyanın bir çox yerində gərgin nöqtələr mövcuddurproblemlər özünü göstərirİranla yanaşı Venesuelada da vəziyyət gərgindirEləcə də SuriyaYəmən və LiviyaYəni konflikt zonaları çoxdurAmma mən ümid edirəm ki, dialoq vasitəsilə problemi həll etmək olarMüharibə böyük təhlükədir və böyük dağıntılarafəlakətə səbəb ola bilər.

Müstəqil.Az bildirir ki, bu fikirləri Teleqraf.com-a Azərbaycan Milli Məclisinin sabiq sədri, prezident səlahiyyətlərinin bir dövr icra edən professor Yaqub Məmmədov İran ətrafında yaranan durumu şərh edərkən deyib.

Professor hesab edib ki, ABŞ körfəzə böyük sayda hərbçi və silah-sursat gətirsə də, sonda İranla müharibəyə getməyəcək: “Mən ümid edirəm ki, ağıllı və soyuq başlar qalib gələcək, problem danışıqlar vasitəsilə həll olunacaq. İran tərəfi müharibə istəmədiyini bildirir. Elə ABŞ-da da bəzi qüvvələr müharibəyə qarşı çıxış edir. Arzu edək ki, ABŞ-İran gərginliyi müharibəyə çevrilməsin və dialoq yolu ilə həllini tapsın”.

Yaqub Məmmədov əlavə edib ki, ABŞ-da hakimiyyətə gələn qüvvələr gündə bir fikir söyləyir. Onun fikrincə, bu qüvvələr əslində dünyanı bir-birinə qarışıdırır: “İranla müharibənin olacağına inanmıram. Əlbəttə, indi baş verənlər də İrana bir təzyiq formasıdır və Tehran da özünü müdafiə etməyə hazırlıq görür. Həm də İranın böyük dövlətlərlə əlaqələri mövcuddur. Bu müharibə dünyada çox böyük və fəlakətli hadisələr yarada bilər. Odur ki, müharibə addımına inanmıram, amma hər şey də ola bilər. İndi dünya elə vəziyyətdədir ki, bilmirsən sabah nə olacaq.

Qəribədir ki, böyük dövlətlərdə də hakimiyyətə gələn adamlar tamamilə başqa-başqa xarakterli liderlərdir. Əvvəllər Amerika kimi dövlətin başçısı vəzifəsinə beləsi seçilməzdi. İndiki prezident gündə bir şey danışır. Hələ Avropadakı müttəfiqləri ilə yola getmir, münasibətlərində problem yaranıb. Eləcə Çinlə əlaqələr pis vəziyyətə salınıb. Bir sözlə qarma-qarışıq bir vəziyyət yaradıblar.

Hazırda ABŞ-Türkiyə münasibətlərində də gərgin vəziyyət yaranıb. ABŞ faktiki Türkiyəyə ciddi təzyiqlər göstərir və indiki Türkiyə rəhbərliyi bu təzyiqləri hələlik adekvat cavab verir. Hesab edirəm ki, Türkiyənin indiki xarici siyasəti düzgün qurulub və günün reallığına tam cavab verir. Türkiyənin başqa seçimi də yoxdur. Vaşinqton Türkiyədən elə şeylər tələb edir ki. Türkiyə də müstəqilliyini, dünyadakı yerini Amerikaya təslim edə bilməz. Amerikanın dediyi ilə otura bilməz. İndi dünya inkişaf edir, yeni proseslər başlayır, maraqlar var. Bunun hamısını nəzərə almaq lazımdır. Bu mənada Türkiyənin indiki siyasəti tam doğru və özünün maraqlarına cavab verən siyasətdir”.

Müstəqil.Az 
Share: