Sumqayıt şəhərində 26 aprel 2022-ci il tarixində “Mədəni İnkişafın Təbliği” İctimai birliyi tərəfindən Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə “Qadınların hüquqi, sosial və iqtisadi cəhətdən dəstəkləmək məqsədilə maarifləndirilməsi və “Yaradıcı Zərif Əllər” sərgisinin təşkili” layihəsi çərçivəsində yekun tədbir-sərgi keçirilib. Tədbirdə Sumqayıt Şəhər İcra Hakimiyyəti nümayəndəsi, sahibkarlar, ziyalılar, aşıqlar, şairlər, yazıçılar, şəhid anaları, təlim iştirakçıları və s. iştirak edib.
“Yaradıcı zərif əllər” sərgisində “Qadınların sosial, hüquqi, iqtisadi cəhətdən maarifləndirilməsi” təlimlərində iştirak edən xanımların təqribən 80-ə yaxın əl işi sərgilənib. Xanımların ekzotik əl işləri, rəsm əsərləri, toxuculuq nümunələri sərgi iştirakçılarının marağına səbəb olub.
Tədbirin birinci hissəsində xanımların sərgidə nümayiş etdirdikləri əl işlərinə baxılmış, sonra ikinci hissədə məruzələr, çıxışlar, olub, musiqi, şeir dinlənilib. Sumqayıt Şəhər İcra Hakimiyyəti İctimai-Siyasi və Humanitar məsələlər şöbəsinin müdir müavini hörmətli Fərman Kazımov geniş məruzə edib, aşıq musiqisi səslənmiş, şair və yazıçılar çıxış ediblər.
Tədbirin sonunda Prezident yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə köməkliyi ilə “Mədəni Inkişafın Təbliği “ictimai birliyinin layihəsi əsasında “Qadınların sosial hüquqi, sosial və iqtisadi cəhətdən maarifləndirilməsi “təlimlərində iştirak edən xanımlara sertifikatlar təqdim olunub.
Xatirə Fərəcova
“Mədəni İnkişafın Təbliği” İctimai birliyinin sədri