Xəbər verdiyimiz kimi, İraqda toyda baş verən yanğın nəticəsində həlak olan və yaralananların ümumi sayı 450 nəfərə çatıb.
“Qafqazinfo” xəbər verir ki, hadisə ilə bağlı ölkədə üçgünlük matəm elan edilib.
Bu barədə ölkənin Baş naziri Məhəmməd Şiə əs-Sudani qərar qəbul edib.
Qeyd edək ki, hadisə ötən gün Neynəva əyalətində baş verib. Toyda dəhşətli yanğın nəticəsində bəy və gəlin koma vəziyyətinə düşüblər.