Məşhur hind əsilli yazıçı Salman Rüşdi yaşadıqlarının psixiologiyasına mənfi təsir göstərdiyini bildirib.
Kulis.az xarici mediaya istinadən xəbər verir ki, tanınmış yazıçı bir müddət əvvəl ona qarşı təşkil edilən bıçaqlı hücumun psixologiyasına mənfi təsir göstərdiyini və qorxulu yuxular gördüyünü deyib. O, həmçinin qeyd edib ki, bu hadisələrlə bağlı kitab yazmaq fikrindədir.
“Mən təkcə hücumla bağlı yazmaq fikrində deyiləm, həm də onun necə bir hiss olduğu haqqında bir neçə yüz səhifəlik kitab yazacam. Düzdür, yazmaq asan deyil, amma öhdəsindən gəlməliyəm”.
Qeyd edək ki, Salman Rüşdi təxminən 1 il əvvəl sui-qəsd nəticəsində 15 bıçaq yarası almış, bir gözünü itirmiş və əlindən xəsarət almışdır.