Yasamalda meyiti tapılan ər-arvadla bağlı bəz təfərrüatlar məlum olub.
-nın əldə etdiyi məlumata görə, Alatava adlanan ərazidə Türkiyə vətəndaşı 1950-ci il təvəllüdlü Mehmet Ulaş və Azərbaycan vətəndaşı olan həyat yoldaşı 1970-ci il təvəllüdlü Aidə Ulaşdan yaxınları bir neçə həftədir xəbər ala bilməyiblər.
Bununla bağlı ailənin yaxınları hüquq-mühafizə orqanlarına müraciət edib .
Onların yaşadığı evin qapısı qırılaraq içəri daxil olunub. Məlum olub ki, ər-arvad dəm qazından boğulublar. Meyitlər evdən çıxarılaraq adiyyatı üzrə təhvil verilib.
Meyitlər üzərində aparılan müayinə zamanı hər hansı bir xəsarət aşkarlanmayıb.
Faktla bağlı araşdırma aparılır.