Bu gün Yasamal rayonunda Vətən müharibəsinin şəhidi, XTQ kapitanı Həmidağa Hüseynzadənin xatirəsinə həsr ediliş filmin və kitabın təqdimatı keçirilib.
“Qafqazinfo” xəbər verir ki, tədbirdə Yasamal Rayon İcra Hakimiyyətinin başçsı Elşad Həsənov, Milli Məclisin deputatları, YAP Yasamal rayon təşkilatının rəhbərliyi, hüquq-mühafizə, ali təhsil ocaqlarının nümayəndələri, şəhid ailələri, qazilər və rayon ictimaiyyəti nümayəndələri iştirak ediblər.
AZTV-nin yaradıcı heyəti tərəfindən ərsəyə gətirilən bu film Həmidaga Hüseynzadənin həyat və döyüş yolundan bəhs edir.Tədbirdə çıxış edən icra başçsı Elşad Həsənov vurğulaylb ki, Həmidağa Hüseynzadə və bütün digər şəhidlərimiz əbədi olaraq xalqımızın qan yaddaşında yaşayacaq və heç zaman unudulmayacaqlar. Elşad Həsənov şəhidin anasına və atasına igid və cəsur övlad böyüdüb tərbiyyə verdiklərinə görə sonsuz minnətdarlığını bildirib.
Qeyd edək ki, Həmidağa Hüseynzadə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində ali hərbi təhsil alıb. 2020-ci il Vətən müharibəsi zamanı döyüşlərdə iştirak edib və 2020-ci ilin sentyabrın 28-də şəhidlik zirvəsinə ucalıb. Ailəli idi. Həmidə adında bir övladı var.
Hüseynzadə Həmidağa Bağı oğlu Azərbaycan Prezidentinin sərəncamı ilə ölümündən sonra “Qarabağ” ordeni, III dərəcəli “Hərbi xidmətdə fərqlənməyə görə”, “Azərbaycan Silahlı Qüvvələrinin 95 illiyi”, “Azərbaycan Ordusunun 100 illiyi”, “Vətən uğrunda” və “Kəlbəcərin azad olunmasına görə” medalları ilə təltif edilib.