Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı şəhəri, Yasamal rayonu, Şıxəli Qurbanov küçəsində yeraltı piyada keçidinə su dolması barədə məlumat daxil olub.
“Qafqazinfo” xəbər verir ki, bu barədə FHN məlumat yayıb.
Bildirilib ki, məlumatla əlaqədar FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq qüvvələri dərhal əraziyə cəlb olunub.
Yanğınsöndürənlər tərəfindən subasmaya məruz qalmış keçiddən suyun çəkilərək kənarlaşdırılması işləri həyata keçirilib.