“Yaşayış məskənlərimizin adı tariximizin güzgüsüdür”(ikinci yazı) – Minəxanım Təkəli…

                                                     Qaradonlu, yoxsa İmişli?

Sovet dövründə kütləvi addəyişmənin qurbanlarından biri də Qaradonlu yaşayış məntəqəsi olub. Onin adı 1938-ci ildən İmişli adı ilə əvəzlənmiş. Muğan düzündə İranla sərhəddə yerləşir. Prinsip etibarilə hər ikisi həmin ərazi ilə bağlı adlar olub, habelə hər iki toponim mənşəcə türk əsilli adlardır. Lakin Qaradonlu adının İmişli adına nisbətən daha qədim və özündə zəngin informativ yük daşıdığı da  heç kimdə şübhə yeri qoymaz. Bir də bu bölgənin ən qədim mədəni yaşayış məntəqələrindən olmuşdur. 1906-cı ildə burada ilk məktəb açılmışdı. Əsrin əvvəllərində burada dəyirmanlar işləyir,  yaşayış evləri, mehmanxana fəaliyyət göstərirdi. Qaradonlu Azərbaycanın qiymətli etnoqrafik məzmunlu yer adlarındandır. Bu xüsusiyyətinə görə də daha dəyərlidir. Geyim qədim xalq mədəniyyətinin ən mühüm şərtlərindən biridir. Tarixi-etnoqrafik istiqamətdə aparılan araşdırmalar göstərir ki, milli geyimlər xalqın həyatında mühüm yer tutduğu üçün bu həyatın xarakterini, baş verən tarixi prosesləri öyrənmək üşün ciddi material verir.

Hələlik bu ada Türk aləmində bir yerdə rast gəlmişik: Karaton Quryev vilayətində (Qazaxıstan) Embek neft rayonunda qədim qəsəbədir; müasir neft çıxarma mərkəzlərindəndir. İran ərazisindəki “Siyahpuşlar” etnik qrupu Qaradonlu qəbilə adının sadəcə analoqudur. Öz geyimi ilə fərqlənən qəbilə və tayfalar get-gedə əsil adlarını özlərinin yaşayış məskənlərinin adında saxlaya bildilər. İndi hazırda bu adlardan müəyyən qismi  Azərbaycanın müxtəlif bölgələrində – Qara Börk (Ucar r), Sarı Köynək (Gədəbəy r.), Ağ Köynək (Qazax r.), Qara Dolaq, Şiş papaqlar (Ağdam r.), Sarıbaş (Zaqatala r.); habelə Bakıda İçərişəhərin əsas əhalisi olan Ağ Şalvarlar, cənubi Azərbaycanda Qayış Qurşaq (Savalan ərazilərində ) və s. kənd adları şəklində yaşamaqdadır.

Minaxanım Təkəli 

Müstəqil.Az

 

Share: