Son aylarda Bakı Şəhər İcra Hakimiyyətinin Yaşıllaşdırma Təsərrüfatı Birliyindən yazılan və səsləndirilən tənqidi fikirlər, qurumun öz işinə tələbkar yanaşmaması və s. bir sıra amillər BŞİH-də qabaqlayıcı tədbirlərin görülməsi zərurəti yaradıb.
Müstəqil.Az saytına Yaşıllaşdırma Təsərrüfatı Birliyindən mənbənin verdiyi məlumata görə, yaranmış vəziyyət birliyin direktoru Həsrət Əmrahovu narahat edir.Hətta YTB-yə Mürsəl Əliyevin (əvvəllər Bakı Ekologiya və Təbii Sərvətlər İdarəsinin rəisi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Geoloji Kəşfiyyat Xidmətinin rəisi vəzifələrində işləmiş Mürsəl Əliyev nəzərdə tutulur) direktor olma ehtimalı müəyyən təşvişə də səbəb olub.
Qeyd edək ki, müəyyən səbəblərdən son iki ildə Yaşıllaşdırma TəsərrüfatıBirliyində bir neçə direktor dəyişikliyi baş verib.
Xatırladaq ki,Bakının Səbail, Mərdəkan və digər ərazilərində saralmış və qurumuş 3000 mindən çox şam ağacının utilizasiya prosesinə başlanılmasından sonra Yaşıllaşdırma Təsərrüfatı Birliyi daha çox gündəmə gəlmişdi.YTB şam ağaclarının kəsilməsinə səbəb kimi müxtəlif növlərində xəstəlik olmasını bildirsə də,Yaşıllaşdırma Təsərrüfatı Birliyində çalışmış,aqronom Xanəhməd Əsgərov mətbuata əsaslandırmasında şam ağaclarının qlobal istiləşmənin və ya atmaosferin çirklənməsi ilə əlaqəsinin olmadığını əsas götürürdü.
Mütəxəssis hesab edirdi ki, ağacların qurumasının başlıca səbəbi budama işlərinin aqrotexniki qaydalar gözlənilmədən aparılması və normal suvarılmama prosesidir.
Hətta,aqronom Xanəhməd Əsgərov mətbuata açıqlamasında bildirirdi ki,aramsız yağış yağarsa şam ağaclarında quruma prosesi dayana bilər.
Müstəqil.Az