Yaşından otuz il qoca görünən qız ailə həyatı qurub.
Müstəqil.Az Moderator.az-A İSTİNADLA xəbər verir ki, amerikalı Çalli Muquira nadir xəstəlik səbəbindən yaşından qoca görünür. Otuz yaşı olmasına baxmayaraq, çoxları onun daha yaşlı-altımış yaşı olduğunu düşünür. Onun belə yaşlı görünməsinin səbəbi isə düçar olduğu xəstəlikdir. Həkimlərin diaqnozuna görə, belə xəstələr 13 yaşına qədər yaşayır. Amma təsadüf nəticəsində Çalli Muquira bu gün otuz yaşında ailə qurur.
Olanları gənc qız belə nəql edib:
“Mənim həmişə iri gözlərim, uzun nazik burnum və pis saçlarım olub. Yaşıdlarımın dediyinə görə, yadplanetlilərə oxşayıram”.
Ailə həyatı qurmaq istəyən qız tanışlıq saytında Toni adlı gənc oğlanla tanış olur. Bir müddət sonra isə cütlük evlənməyə qərar verib.