Yaşlı nəsilə yardım adı ilə dələduzluq edən saxlanıldı — Foto

Yaşlı nəsilə yardım adı ilə dələduzluq edən saxlanıldı — Foto

Məhərrəm ayı ilə bağlı yaşlı nəslə yardım ediləcəyi adı ilə vətəndaşlardan pul yığılması və saxta əsginaslar təqdim edilməsi ilə bağlı sosial şəbəkələrdə yayılan məlumatlar araşdırılıb.

DİN-in Mətbuat xidmətindən “Qafqazinfo”ya bildirilib ki, əməliyyat tədbirləri nəticəsində naməlum şəxsin kimliyi müəyyən edilib.

Onun 1993-cü il təvəllüdlü Əmrahov Vüsal Tahir oğlu olması məlum olub. V.Əmrahov saxlanılıb. Onun üzərindən 200 manat saxta əsginas aşkarlanıb.

Şəxsin əməlindən zərərçəkən şəxslərin polisə məlumat vermələri tövsiyə edilir.

Araşdırmalar davam etdirilir. 

Qeyd edək ki, ötən gün bu barədə məlumat yaymışdıq.


Share: