78 yaşlı qadın bədbəxt hadisə nəticəsində yanıq xəsarətləri alıb.
“Qafqazinfo”nun məlumatına görə, hadisə Zaqatala rayonunun Aşağı Tala kəndində baş verib.
Kənd sakini 1944-cü il təvəllüdlü Ələkbərova Şamama Süleyman qızı hər iki aşağı və yuxarı ətrafların yanıq xəsarəti ilə Zaqatala Rayon Mərkəzi Xəstəxanasına daxil olub.
Müayinə zamanı Şamama Ələkbərovanın yaşadığı ünvanda yağ əridən zaman ehtiyatsızlıqdan qaynar yağı üzərinə dağıdaraq yanıq xəsarətləri aldığı məlum olub.
Ş.Ələkbərovaya lazımi tibbi yardım göstərilib, müalicəsi xəstəxananın cərrahiyyə şöbəsində davam etdirilir.
Faktla bağlı araşdırma aparılır.
Mübariz Muradov