Yavaş-yavaş ötür yaşım – Salamdan yeni şeir

Yavaş-yavaş ötür yaşım – Salamdan yeni şeir

***

Yavaş-yavaş ötür yaşım…
Və getdikcə durulur
avar çəkməyə açılan qolları
qucaq sanmaq aldanışım.

Amma hələ də içimdə
dənizdə boğulmuş adamın meyitini
suyun üzərinə çıxaran həyat eşqi var.

Sənsə
əlindən buraxdığın adamın arxasınca baxırsan
havaya şar buraxan bir uşaq marağıyla…

Share: