“Foreign policy” region ölkələrində bu yay həddindən artıq yüksək temperaturun qeydə alındığına diqqət çəkib.
MÜSTƏQİL AZ nəşrə istinadən bildirir ki, iyulun ortalarında BƏƏ-nin Dubay şəhərində istilik indeksi, yəni hiss edilən temperatur təxminən 62°C olub.
İyunun sonunda Səudiyyə Ərəbistanının müqəddəs müsəlman şəhəri Məkkədə temperatur daha çox olub.
Ərazidə 51 ° C-dən çox temperatur qeydə alınıb ki, bu da Həcc ziyarətini yerinə yetirən 1,3 mindən çox zəvvarın ölümünə səbəb olub.
Nəşr yazır ki, temperaturun yüksəlməsi və su qıtlığı region əhalisinin Avropa kimi həyat üçün daha əlverişli yerlərə miqrasiyasına səbəb olur. Nəşr vurğulayır ki, bu, Yaxın Şərqdən kənarda da vəziyyətin sabitliyinin pozulmasına gətirib çıxara bilər.
İyunun 5-də Ümumdünya Meteorologiya Təşkilatı 2024-2028-ci illərdə Yer kürəsində temperaturun 19-cu əsrin ikinci yarısındakı orta göstəricidən 1,1 – 1,9 ° C yüksək olacağını açıqlayıb.
MÜSTƏQİL AZ