Yaz ağac əkininə işğaldan azad edilmiş ərazilərimizdə start verilir

Yaz ağac əkininə işğaldan azad edilmiş ərazilərimizdə start verilir

Yaz ağac əkini mövsümünə 9 mart 2021-ci il tarixində Zəngilan rayonundan start veriləcək. 

Meşələrin İnkişafı Xidmətinin rəisi Namik Xıdırov bildirib ki, yel çərşənbəsi günündə Zəngilan rayonunun meşə fondu torpaqlarının açıq, seyrək, kəsilmiş və yanğına məruz qalmış ərazilərində xidmətin əməkdaşlarının iştirakı ilə karantin qaydalarına əməl olunmaqla yerli şəraitə uyğun müxtəlif meşəcinsli ağaclar əkiləcək.

“Bu yaz əkin planına uyğun olaraq ölkə üzrə 200 hektar meşə fondu torpağında meşəbərpa işlərinin aparılması, hər bölgənin iqlim şəraitinə uyğun ümumilikdə 400 000-dən çox meşəcinsli tinglərin əkilməsi, toxumların səpilməsi nəzərdə tutulub”.

Müstəqil.Az

Share: