Yazıçı, bəstəkar Elnur Baxış şair Vüqar Əhmədi tənqid etdi

Yazıçı, bəstəkar Elnur Baxış şair Vüqar Əhmədi tənqid etdi
 Yazıçı, bəstəkar Elnur Baxış şair Vüqar Əhmədi tənqid edib. Yazıçının “Müstəqil.az” saytına yazdığı  məktubu  olduğu kimi  təqdim edirik:
Bir neçə gün bundan əvvəl Vüqar Əhməd “Facebook”da öz səhifəsində İranda 3-5 şairin şeirlərindən ibarət çap etdirdiyi “Xarı Bülbüllər” adlı antologiya kitabı haqqında yazı dərc etdirmişdi. Vüqar Əhmədlə bir yerdə çalışan Gülnar Səma “Müstəqil.az”, “Türküstan.az” saytlarinda Vüqar Əhmədin toplayıb, tərtib etdirdiyi “Xarı Bülbüllər” adlı kitabından bəhs edir. Bu uğuru çalışdıqları Ədəbiyyat İnstitutunun uğurları hesab edirlər. “Facebook”da Vüqar Əhmədin paylaşdığı statusu gördüm və rəy yerində yazdım ki, bu kitabda mənim də xidmətlərim var. 50-ə yaxın azərbaycanlı şairlərin şeirlərini mən də çap elətdirmişəm. Tanınmış teleaparıcı Səyyarə Səyyafın da bu kitabın tərtib olmasında xidmətləri var. Heç kimin haqqını danmaq olmaz. Bu kitabda öz şeirimi çap elətdirməmişəm. Vüqar Əhməd nömrəmlə bərabər bütün sosial şəbəkələrdə məni bloka atdı. Onunla bir yerdə işləyən Gülnar Səma dedi ki, bu nədir, bütün şəbəkələrdə deyirsən ki, “Xarı Bülbüllər” adlı kitabın çapında mənim də xidmətlərim var, məndə çox iş görmüşəm. Birdə ki, mən çalışdığım “Ədəbiyyat İnstitutunu” təbliğ edirəm, bu kitabı İranda yaxın dostum Mahmud Seyyid İbadi çap elətdirib. Mahmud Seyyid İbadi rəhmətlik Məhəbbət Kazımov haqqında “o səsin sehri” adlı kitabını da 3000 tirajla çap elətdirən Vüqar Əhmədi də bu şəxslə mən tanış etmişəm. Mən Azərbaycan ədəbiyyatının, Azərbaycan şairlərinin təmannasız təbliğatçısıyam. Ədəbiyyat fədaiçisiyəm. Vüqar Əhməd hər şeyi öz adına və çalışdığı “Ədəbiyyat İnstitutunun” adına bağlayır ki, İsa Həbibbəyli onun vəzifəsini yenə də qaldırsın. Eşidib bildiyimə görə AMEA-nın müxbir üzvü, Professor Azadə Rüstəmovanın qəzəl haqqındakı kitabından olan yazısını Vüqar Əhməd olduğu kimi öz ədəbiyyatşunas kitabında öz adına çap elətdirib.O bu hərəkətləriylə AMEA- Ədəbiyyat İnstitutunun adına xələl gətirir . Vüqar Əhmədin şairlikdən o qədər də  xəbəri yoxdur. Bir zamanlar təsadüf nəticəsində Azərbaycan Dövlət Televiziyasında çalışdığı üçün məşhur olubdur. Vüqar Əhməd şair desək Ayaz Arabaçıya, Əlizadə Nuriyevə, Telman Hüseyniyə, Sahib İbrahimliyə, Əlövsət Saldaşa, Hafiz Ağakərimə, Musa Yaquba, Gileyli Bəylərə, Nazim Əhmədliyə, Şəhriyar Allahyaroğluna, Zirəddin Qafarlıya, İsgəndər Fərhadoğluna, nə deyək? Əsil şairlər adlarını saydıqlarımdır. Bu adamın 60 yaşı var, bu yaşda mənə paxıllıq edir. Biz bir olub Azərbaycanımızın ədəbiyyatını, musiqisini qorumalıyıq. Yaxşı işləri Vüqar Əhməd kimi öz adımıza çıxmamalıyıq.
QEYD: Qarşı tərəfin mövqeyini də dərc etməyə hazırıq.
Müstəqil.Az
Share: