Yazıçı Elçin Hüseynbəyli: “Rejissorların mütaliələri zəifdir”

Yazıçı Elçin Hüseynbəyli: “Rejissorların mütaliələri zəifdir”

“Mən Azərbaycanda yerləşən özəl teatrlara dövlət statusu verilməsinə ehtiyac görmürəm”.

Oxu.Az-ın məlumatına görə, bunu yazıçı Elçin Hüseynbəyli ümummilli lider Heydər Əliyevin 100 illiyi çərçivəsində keçirilən “Azərbaycan dili və ədəbiyyatı” Forumunda keçirilən panel iclasında bildirib.

Onun sözlərinə görə, həmin teatrların öz istiqamətləri, repertuarları var:

“Sadəcə, dəstək vermək lazımdır”.

O qeyd edib ki, gənc rejissorlar öz üzərlərində çalışmalıdırlar:

“Rejissorların mütaliələri zəifdir. Bəzi rejissorlar özlərini yazıçılardan üstün hesab edirlər. Amma bu, düzgün yanaşma deyil”.

İlhamə Əbülfət

Share: