Tanınmış yazıçı Əsəd Cahangir Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevi və onun xanımını Dünya Azərbaycanlılarının Həmrəylik Günü münasibətilə təbrik edib.
Müstəqil.Az-a bu haqda o, özü məlumat verib. Təbriki təqdim edirik:
“Əziz Prezidentimiz!
Siz və Xanımınız başda olmaqla xalqımızı Dünya Azərbaycanlılarının Həmrəylik Günü münasibətilə təbrik edirəm. Qoy, yalnız gənclik şəkilləriniz zamanın o üzündə qalsın. Özünüz isə həmişə bahar olasınız, gənclik şövqü, qurub-yaratmaq həvəsi sizi heç vaxt tərk etməsin. Elə bu şövq, bu həvəs, bu ilhamla da xalqımıza qələbə sevincləri bəxş edəsiniz. Siz bu gün ölkədə ictimai əmin-amanlığın, siyasi stabillyin, hərbi uğurun, maddi rifahın, mədəni çiçəklənmənin yeganə qarantısınız! Qoy, 2020-ci ildə ordumuzun başında durub, bizə bəxş etdiyiniz Qarabağ zəfəri gələcək qələbələrimizin uğurlu başlanğıcı olsun!
Amin!
Əsəd Cahangir
AYB üzvü, tənqidçi”.
Müstəqil.Az