İyunun 19-da Rumıniyanın Krayova şəhərində Beynəlxalq “Mihay Eminesku” Akademiyasının ofisində Akademiya ilə Azərbaycan Yazıçılar Birliyi
arasında əməkdaşlıq haqqında niyyət memorandumu imzalanıb.
İstər klassik, istərsə də çağdaş dövr Rumıniya və Azərbaycan ədəbiyyatlarının qarşılıqlı
tərcüməsi, nəşri və tanıdılması istiqamətində fəaliyyətlərini gücləndirmək, koordinasiya etmək, ortaq ədəbi layihələr gerçəkləşdirmək, beynəlxalq tədbirlərdə bir-birinin iştirakını təmin etmək, dəstəkləmək, beynəlxalq ədəbi müsabiqə və nüfuzlu ədəbi mükafatlara qarşılıqlı olaraq ölkələrin layiqli əsər və ədiblərini təqdim etmək, çağdaş dünya ədəbi prosesinə inteqrasiya məsələlərində müvafiq ortaq strategiyalar formalaşdırmaq kimi vacib məsələləri əhatə edən sənəd 2 dildə-Azərbaycan və rumın dillərində akademiyanın prezidenti, akad. İon Deakonesku və Birliyin beynəlxalq əlaqələr üzrə katibi Səlim Babullaoğlu tərəfindən imzanlanıb.
Müstəqil.az