Yekaterinburqda qızını oyun meydançasında qoyub gedən atanın meyiti tapıldı

Yekaterinburqda qızını oyun meydançasında qoyub gedən atanın meyiti tapıldı

Yekaterinburqdan olan beş yaşlı Sonya atası ilə velosiped sürməyə gedib, lakin bir müddət sonra kişi geri dönəcəyini vəd edərək qızı uşaq meydançasında tək qoyub. Amma valideyn geri qayıtmayıb.

Körpəni uşaq meydançasından kənar şəxslər apararaq uşaq evinə yerləşdiriblər. Təhlükəsizlik qüvvələri onun anasını tapıb. O deyib ki, işlədiyi üçün qızının əri ilə səfərindən xəbəri olmayıb.

Daha sonra qızın atası da tapılıb, lakin kolluqda ölü halda. Onun həddən artıq narkotik maddə qəbul etdiyi güman olunur.

Məlum olub ki, Sonyanın atası əvvəllər narkotik maddə saxlamaqda təqsirli bilinib və koloniyada cəza çəkib.

Mənbə: lenta.ru

Share: