Ukraynanın birinci xanımı Yelena Zelenskaya Amerikanın “Vogue” jurnalının rəqəmsal versiyasının üz qabığını bəzəyib.
“Qafqazinfo” xəbər verir ki, bu barədə “Life” məlumat yayıb.
Bildirilib ki, Ukrayna Prezidentinin həyat yoldaşı məşhur fotoqraf Enni Leybovitsin fotosessiyasında rol alıb. O, Kiyevə Zelenskaya ilə şəkil çəkdirmək üçün gəlib.
“Ukraynada gedən müharibə yeni kritik mərhələyə qədəm qoysa da, ölkənin birinci xanımı Yelena Zelenskaya aparıcı fiqura – qabaqcıl diplomata və millətinin mənəvi iztirabını simvolizə edən simaya çevrilib”, – deyə “Vogue” redaksiyası baş qəhrəmanın əsas xarakterini təsvir edir.
“Vogue”un rəsmi instaqram səhifəsində Zelenskaya ilə çəkilişin kadrarxası videosu da yerləşdirilib. Görüntülərdə hətta Ukrayna Prezidenti Volodimir Zelenski də yer alıb.