Yelena Zelenskayanın Yaltadakı villası müsadirə edildi

Yelena Zelenskayanın Yaltadakı villası müsadirə edildi

Ukrayna Prezidenti Volodimir Zelenskinin həyat yoldaşı Yelena Zelenskayanın Yaltadakı villası müsadirə edilib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Gazeta.ru nəşri məlumat yayıb.

Məsələ ilə bağlı Krımın rəhbəri Sergey Aksyonov da teleqram kanalında məlumat verib.

O, Zelenskayanın mülkünün “milliləşdirildiyini” açıqlayıb.

Bildirilib ki, mülkün rəsmi olaraq sahəsi 129,8 m²-dir.

Qeyd edək ki, Krımın Dövlət Şurası Kiyev hakimiyyəti ilə əlaqəsi olan bir sıra ukraynalı oliqarxların – İqor Kolomoyski, Rinat Axmetov, Arseni Yatsenyuk, Nestor Şufriç və Sergey Tarutanın və digərlərinin əmlakının “milliləşdirilməsi” barədə qərar qəbul edib.


Share: