Yenə uzun gecədir
Yenə fikirlərdə sən
Bəlkə öz yalnızlığından
Mənim tənhalığıma
Durub qonaq gələsən
Bu canın sənsizlikdə
Əzabı yaşadığın.
Gözünün yaşardığın
Ürəyinin közərib
Həsrətinin odunda
Yavaş yavaş yandığın
Öz gözünlə görəsən…
Aynur Qəniyeva