Yeni Azərbaycan Partiyası Səbail rayon təşkilatında Qeyri-Hökumət Təşkilatları ilə görüş keçirilmişdir.
Tədbirin açılış nitqini YAP Səbail rayon təşkilatının sədri Muxtar Nağıyev etmişdir. Nağıyev çıxışında, QHT-lərin cəmiyyətin inkişafındakı rolu və bu təşkilatlarla əməkdaşlığın əhəmiyyəti barədə danışmış, gələcəkdə daha sıx və faydalı əlaqələrin qurulması istiqamətində fikirlərini bölüşmüşdür. Hazırki Azərbaycanın çox inkişaf etdiyini vurğulayıb. O, son illərdə ölkə iqtisadiyyatının, infrastruktur layihələrinin, təhsil, səhiyyə və digər sahələrdə əhəmiyyətli irəliləyişlər əldə etdiyini qeyd edib. Həmçinin Azərbaycanın beynəlxalq arenada mövqeyinin gücləndiyini və müxtəlif regionlarda mühüm siyasi və iqtisadi əlaqələrin qurulduğunu bildirib.
Gənc Vətənpərvərlər ictimai birliyinin sədri, ictimai xadim Müqamət Əliyev isə çıxışında Qeyri-Hökumət Təşkilatlarının və ictimai birliklərin fəaliyyətinin önəmini vurğulayıb. O, Ulu Öndər Heydər Əliyevin Azərbaycanda vətəndaş cəmiyyətinin inkişafına verdiyi önəmi və bu sahədəki müstəsna rolunu xatırladıb. Müqamət Əliyev, Cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən islahatlar və təşəbbüslərin, Azərbaycanı inkişaf etmiş və müstəqil bir ölkə halına gətirməyə yönəldiyini qeyd edib. Eyni zamanda, QHT-lərin bu inkişaf prosesindəki rolu və onların cəmiyyətin müxtəlif sahələrindəki fəallığını diqqətə çatdırıb.
Soydaş sosial mədəni əlaqələr ictimai birliyindən Meriban Paşayeva, İmza Sosial inkişafına dəstək ictima birliyininin sədr müavini Nazim Bayandırov, Öndər.TV-nin baş redaktor, “İnkişafa və islahatlara dəstək” ictimai birliyin sədri Ramil Əliyev, “Göyərçin” Təhsilin İnkişafına Dəstək İctima Birliyin sədri Gülnarə Vəlixanlı,İslam Beynəlxalq təşkilatının direktor müavini Ramil Hacızadə və bir sıra QHT nümayəndələri öz fikirlərini bölüşərək tədbirdə çıxış etmişlər.
Sonda Xatirə şəkli çəkilib.