Özbəkistanda yeni Daşkənd şəhəri salınır.
“Qafqazinfo” xarici mətbuata istinadən xəbər verir ki, ölkə Prezidenti Şavkat Mirziyoyev yeni Daşkənd şəhərinin tikintisi üçün hazırlanmış planla tanış olub.
Şəhər paytaxt Daşkəndin yaxınlığında salınır. İlkin olaraq yeni Daşkənddə 20 min mənzil, 40 məktəb, uşaq bağçası və poliklinikanın tikintisi nəzərdə tutulub. Bunun üçün 19 min 720 kvadrat hektar ərazi ayrılıb.
Yeni Daşkənd şəhərinin salınması üçün Türkiyə, Almaniya, Sinqapur, Niderland, Böyük Britaniya, Birləşmiş Ərəb Əmirliklər və Cənubi Koreyadan şirkətlər dəvət olunub.