Yeni doğulmuş uşağı çantaya qoyub zibilliyə atdılar…

İstanbulun Esenler bölgəsində kommunal işçilər yeni doğulmuş uşaq tapıblar.
Zibilliyə atılan körpə çantada olub. Ağlama səsi eşidən zibildaşıyanlar gördükləri mənzərədən dəhşətə düşüblər. Çantada qız uşağını görən işçilər dərhal polisə xəbər veriblər. Hadisə yerinə polis və tibb işçiləri yollanıb. Hazırda uşağı zibilliyə kimin atması araşdırılır. (Qafqazinfo)


Share: