Yeni düzənin insani prinsiplər üzərində qurulması üçün Böyük Türk Birliyinin ayrıca yeri və xüsusi çəkisi olacaq.

Yeni düzənin insani prinsiplər üzərində qurulması üçün Böyük Türk Birliyinin ayrıca yeri və xüsusi çəkisi olacaq.

Ukraynada mülki insanlara qarşı rus vəhşiliyi erməni cəlladlarının qeyri-insani əməllərindən zərrə qədər də fərqlənmir. Bütün bunlara səbəb isə heç vaxt dövlətçiliyi olmayan rusların və ermənilərin türk dövlətləri, türk yurdları üzərində öz saxta dövlətlərini yaratmalarıdır. Milli kimlikləri kimi, milli dövlətləri də şübhəli olduğu üçün çox qorxurlar. Bugün Türkiyə Rusiyanın parçalanmaması üçün cəhdlər edir. Anlaşılandır, Bu, Amerika və Avropanın türklərə qarşı dost olmayan mövqe sərgilədiklərindən qaynaqlanır. Yüz ildən artıq bir zaman kəsiyində türk və rusların ölüm və qalım məsələlərində biri-birini qorumağa çalışdıqları da bir faktdır. Əvvəllər Amerika və qərbə Çinin qarşısında Rusiyanın mövcudluğu sərf edirdi. Artıq dünya düzənində qurallar sürətlə dəyişdiyindən kim kimi məsələsi gündəliyin əsas sürəcinə çevrilib. Bugün Türkiyənin ciddi-cəhdlə Rusiyanın xilasına çalışmağındansa, təcili olaraq, Türk Dövlətləri Təşkilatı çərçivəsində siyasi-iqtisadi-hərbi anlaşmalarla Böyük Türk Birliyinə nail olması daha vacibdir. Rusiya dönəminin bitdiyini nəzərə alan Amerika və qərbə də bu Birlik, Çinin qarşısında dayanan bir güc kimi, sərf edir. Bugün dünyada hökm sürən qeyri-insani nüfuz dairəsinin dəyişməsi baş verməkdədir. Yeni düzənin insani prinsiplər üzərində qurulması üçün Böyük Türk Birliyinin ayrıca yeri və xüsusi çəkisi olacaq.

İlqar Türkoğlu

Müstəqil.az

Share: