“Yeni klinika” Arif Quliyevin xəstəxana görüntüləri ilə bağlı məlumat yaydı

“Yeni klinika” Arif Quliyevin xəstəxana görüntüləri ilə bağlı məlumat yaydı

“Yeni klinika” sosial şəbəkələrdə və KiV-lərdə bu xəstəxanada koronavirus xəstəliyindən müalicə alan xalq artisti Arif Quliyevin görüntülərinin yayılması ilə bağlı məlumat yayıb.

Publika.az-a daxil olan məlumatda deyilir: “Koronavirus xəstələrinin müalicəsi zamanı reanimasiya otağına telefonla giriş qadağandır. Amma xalq artistimizin SİPAP aparatına qoşulmuş vəziyyətdə görüntüsünü xəstəxanada çalışan kiçik tibb işçisi çəkib və onun nüfuzlu şəxs olduğunu düşünərək paylaşıb. Bununla bağlı həmin əməkdaş ciddi cəzalandırılıb və bütün əməkdaşlara ictimai nüfuzundan asılı olmayaraq hər hansı şəxsin foto və videosunun özünün xəbəri olmadan çəkilməsi və paylaşılmasının qadağan olması barədə xəbərdarlıq edilib”.

Share: