Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin Yasamal rayon Mirzə Şəfi Vazeh adına Mərkəzi Kitabxanası 2018-ci ilin iyul–sentyabr aylarında kitabxana üçün çox əhəmiyyətli olan “Kitabxanaya kitab hədiyyə edirik” aksiyası keçirir. Aksiyada alimlər, yazıçılar, şairlər və oxucular çox böyük maraqla iştirak edirlər.
Kitabxanadan AZƏRTAC-a bildirilib ki, aksiyada bu günə qədər 14 nəfər iştirak edib. Onlar M.Ş.Vazeh adına Mərkəzi Kitabxanaya 400-ə yaxın kitab və jurnal hədiyyə ediblər.
Aksiyanın əsas məqsədi kitabxana fondlarının müasir, yeni, habelə klassik ədəbiyyatla zənginləşdirilməsi, oxucuların kitabxanalara daha fəal cəlb edilməsi və insanların mütaliə marağının artırılmasıdır.